Güclü qar 3 nəfərin ölümünə səbəb oldu
3 Fevral 2015 10:18 KriminalABŞ-da yağan güclü qar nəticəsində 3 nəfər ölüb.APA-nın İTAR-TASS agentliyinə istinadən məlumatına görə, Bostonda 57 yaşlı qadın qar uçqununun altında qalaraq ölüb.Həmçinin İndiana ştatında yolların buz bağlaması 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olub.Güclü qar səbəbindən Nyu-York, Boston, Çikaqo hava limanlarında 3 minə yaxın aviareys ləğv olunub. Mürəkkəb hava şəraiti ilə əlaqədar yollarda iri tıxaclar yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31