Bakıda avtobus aşdı, yaralananlar var VIDEO

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğrayıb. Paytaxtın Sabunçu rayonu ərazisində "Koroğlu" metrosunun yaxınlığında "Daewoo" markalı orta tutumlu 54 saylı sərnişin avtobusu aşıb. Rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, qəza nəticəsində bir neçə insan xəsarət alıb. İçərisində sərnişinlərin dolu olduğu avtobusun sürücü hadisə yerindən qaçıb. Hələlik xəsarət alanların sayı barədə ətraflı məlumat verilmir.
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın verdiyi məlumata görə, avtobusda xəsarət alanlardan bir nəfər 3 saylı xəstəxanaya yerləşdirilib.
Qəzanın baş vermə səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31