Penitensiar Xidmətin xəstəxanasında ölüm hadisəsi
11 Sentyabr 2012 17:27 KriminalSentyabrın 11-də Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüm hadisəsi baş verib.
Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci (narkotik vasitələrin satışı) maddəsi ilə 4 il müddətinə məhkum olunmuş 1956-cı il təvəllüdlü Ələkbərov Rafiq Ələsgər oğlu ağır vəziyyətdə xəstəxanaya gətirilib.
Həkimlərin səyinə baxmayaraq, 56 yaşlı məhbusun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, R.Ələkbərov qara ciyərin serrozu xəstəliyindən ölüb.
Faktla əlaqədar ekspertiza təyin olunub, araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31