Qəbiristanlıqda cinayət törədən şəxs tutulub
2 Fevral 2015 14:34 KriminalMasallıda qəbirstanlıqdan oğurluq edən şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 30-da oğurluq etdiyinə görə tutulan Aqil Diniyevin ətrafında Masallı RPŞ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri aparılıb. Aparılan əməliyyat tədbirləri nəticəsində onun 2014-cü il oktyabr ayının 20-dən cari il yanvar 30-dək olan müddətdə Şahin Əsədullayevin, Anar Baxşıyevin, Racı Heydərovun və Yaşar Məhərrəmovun valideyinlərinin qəbir daşlarının üzərində mərmərdən olan güldanları oğurlaması müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31