Ziyarətgaha gedən avtobusa hücum: zəvvarlar öldürülüb

Suriyanın paytaxtı Dəməşqdə ziyarətgaha fedən avtobus hücuma məruz qalıb. Lent.az-ın CNN-ə istinadən məlumatına görə, "Seyyid Rukuyyə" türbəsini ziyarətə gedən livanlı şiələri daşıyan avtobusa mərmi atılıb. Nəticədə 7 nəfər ölüb, 19 nəfər isə yaralanıb.
Terror aktı ilə bağlı məsuliyyəti "Əl-Nusra Cəbhəsi" terror təşkilatı öz üzərinə götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31