Azərbaycanın tanınmış müğənnisi həbs edildi
Vüsal Əliyevi Xətai polisi qandallayıb
11 Sentyabr 2012 16:45 KriminalBir vaxtlar populyar olan Azərbaycan müğənnisi həbs edildi. Söhbət müğənni Vüsal Əliyevdən gedir. Onu Xətai Rayon Polis İdarəsinin əməkdaşları saxlayıblar.
İdarədən Milli.Az-a verilən məlumata görə, V.Əliyev Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Onu da əlavə edək ki, V. Əliyev bir müddət Moskvada yaşayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31