Sentyabrın 10-da Bakıda qadın hündürmərtəbəli binadan yıxılıb ölüb. Bu barədə məlumatı Daxili İşlər Nazirlyi yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Rayon ərazisində yaşayan Arzu Hüseynova mənzilində pəncərə şüşəsini silərkən ehtiyatsızlığı nəticəsində 9-cu mərtəbədən yıxılaraq ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31