Cəlilabadda iranlı və azərbaycanlılardan ibarət narkobanda ələ keçdi

Cəlilabadda külli miqdarda narkotika alveri ilə məşğul olan, İran və Azərbaycan vətəndaşlarından ibarət narkobanda zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisində, rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Əhədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşından 11 kiloqram 209,8 qram heroin və 17 kiloqram 279,66 qram həşiş aşkar edilərək götürülüb. Y.Əhədov və onun tanışı İran vətəndaşı Novruz Bərbəstə tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31