Həbs edilmiş İlham Mirzəyevdən yeni xəbər
Teleaparıcının niyyəti baş tutmadı
30 Yanvar 2015 12:06 KriminalAli Məhkəmə həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin birinci instansiya məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, İlham Mirzəyevin vəkili Xanlar Bayramzadənin verdiyi kasasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, İlham Mirzəyevin vəkili Ali Məhkəməyə göndərdikləri şikayətində apelyasiya instansiyasında işin məhkəmə istintaqı ilə araşdırılmasını istəyib. Teleaparıcının vəkilləri bundan əvvəl keçirilən prosesdə də şikayətlərinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatət veriblər. Lakin onların həmin vəsatələri də təmin edilməyib. Onu da qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İlham Mirzəyev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.