Azərbaycanlı "qanuni oğru"ya cəza verildi

İslam hər kəsin gözlədiyinin əksinə olaraq şərti cəza alıb

Azərbaycanlı "qanuni oğru" İslam Moskva məhkəməsi tərəfindən şərti iş kəsilib. ANS PRESS-in məlumatına görə, "qanuni oğru" Moskvadakı "sxodka"da tutulmuşdu. Digər "qanuni oğru" "Puzır"la birlikdə ələ keçən azərbaycanlı "qanuni oğru"nun üstündən narkotik maddə çıxmışdı. Əvvəlcə məhkəmə "qanuni oğru"lara bəraət versə də sonradan cəmiyyətdə rezonans səbəbindən qərar dəyişərək şərti cəza ilə əvəzlənib.

Qeyd edək ki, eyni vəziyyət 62 yaşlı gürcü "qanuni oğru" Robinzon Arabuli ilə bağlı yaranıb. 62 yaşlı "qanuni oğru"nun üstündən heroin tutulduqdan sonra hakim onu 40 min rubl cərimələyib. Bu qərar da böyük etiraza səbəb olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31