Qubadan Xaçmaza sərnişin daşıyan avtobus qəzaya uğrayıb
11 Sentyabr 2012 14:38 KriminalQubadan Xaçmaza sərnişin daşıyan avtobus qəzaya düşüb. Hadisə dünən saat 16:30 radələrində qeydə alınıb. 27 AC 649 dövlət nömrə nişanlı sərnişin avtobusu Quba-Xaçmaz yolunun 6-cı km-də, Quba rayonun Bağbanlı kəndi ərazisində ağaca çırpılıb. Avtobus reysi başa vurub bazaya qayıtdığından nəqliyyat vasitəsində yalnız sürücü olub. Maşının qarşısına çıxan mal qaranı vurmamaq üçün səy göstərən sürücü avtobusu ağaca çırpıb. Qəza nəticəsində sürücü 34 yaşlı Sumqayıt şəhər sakini Firuz Babayev xəsarət alaraq Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31