Universitetin kafedra müdirinə cinayət işi açıldı

Gəncə Dövlət Universitetinin (GDU) müəlliminin əməlləri ilə bağlı cinayət işi başlanıb. Lent.az-ın məlumatına görə, universitetinin "Ekologiya və təbiəti mühafizə" kafedrasının müdiri Rəhimov Vaqif İnqilab oğlu barəsində prokurorluqda korrupsiya faktı ilə əlaqədar istintaq aparılır. Bu səbəbdən artıq o, tutduğu vəzifəsindən və işdən uzaqlaşdırılıb. GDU-nun mətbuat xidmətindən xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, Təhsil Nazirliyinin 2012- ci il 20 dekabr tarixli 11/ 1333 nömrəli əmri ilə anadan olmasının 55 illiyi münasibəti ilə V. Rəhimov "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31