Gömrük nəzarətindən gizlədilmiş dərman preparatı aşkarlanıb
11 Sentyabr 2012 13:37 KriminalTovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Vaqif Nəsibovun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin salonunda iki karton qutunun içindəki kitab-dəftərin altından 100 konvalyut - hər birində 10 həb olan "Finlepsin Karbamazepin 200 mq" və dörd karton qutu - hər biri 10 ampula olan "Vitamin B kompleks" dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31