Əl çantasından “beşbarmaq” çıxdı

"Sınıq Körpü" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına sərnişin dəhlizi ilə gələn Azərbaycan vətəndaşı Ülfət Ağayevin əl çantasına baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, "Smiths HS-100100 T-is" markalı X-RAY detektoru ilə gömrük nəzarəti həyata keçirilən zaman oradan əşyalara bükülmüş vəziyyətdə 1 ədəd "beşbarmaq" aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31