Bakıda ölümə səbəb olan avtobus sürücüsünə 8 İL HƏBS
29 Yanvar 2015 11:56 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törədən Qax rayon sakini Sərxan Eyvazlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Sərxan Eyvazlı 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, yol nəqliyyat hadisəsi keçən il oktyabrın 23-də Nərimanov rayonunda baş verib. Şəhər sakini Asəf Şirinov ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən "Daewoo" markalı, 82 saylı xətt avtobusunun sürücüsü Sərxan Eyvazlı həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31