“Mercedes” “VAZ”-la toqquşdu

Sürücü yanıq xəsarəti alıb

Zaqatala şəhərində "Mercedes" markalı minik avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə "Mercedes" markalı avtomobilin yanar hissələri yanıb, sürücü bədən xəsarətləri alıb. Qeyd olunan şəxs yanğınsöndürənlər hadisə yerinə çatana qədər Təcili Tibbi Yardım Stansiyanın əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. "VAZ" markalı avtomobil yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31