Rüşvət alan vəzifəli şəxslərə HÖKM OXUNDU
28 Yanvar 2015 18:15 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Sosial İqtisadi Kollecinin işçiləri - İlqar Əzizov, Şahin Mirzəhəmədov, Rafiq Yunusovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Ramella Allhaverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hakimlər kollegiyasının qərarı ilə İlqar Əzizov və Şahin Mirzəhmədov 4 il, Rafiq Yunusova isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Sosial İqtisadi Kollecdə keçirilən antikorrupsiya əməliyyatı zamanı kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsü Rafiq Yunusov saxlanılıb. Əməliyyat zamanı adı çəkilən şəxslərin əllərində rüşvət üçün verilən pullar tutulub. Onu da qeyd edək ki, saxlanılan şəxslər arasında olan kollec direktoru M.Mahmudov dünyasını dəyişdiyi üçün onun barəsindəki cinayət işinə xitam verilib.