Dərman şirkətləri dövlət komitəsini məhkəməyə verdi
11 Sentyabr 2012 11:54 Kriminalİki dərman şirkəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini məhkəməyə verib. Femida.az-ın məlumatına görə, "Rottapharm SPA" və "Rottapharm LTD" şirkətləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutub. Həmin şirkətlər əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi tələbi barədə iddia qaldırıb. Məhkəmədə üçüncü tərəf qismində başqa dərman firması - "Rotapharm Limited" şirkəti iştirak edib.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31