Bakıda anasını öldürən oğuldan yeni xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Əzimovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı fevralın 4-ə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il Sabunçu rayonu Bakıxanov qəsəbəsi, E. Xəlilov küçəsi 1 ünvanında baş verib. Orada yaşayan, 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 1968-ci il təvəllüdlü Esmira Talış qızı Əzimov bıçaqlayaraq qətlə yetirib. Elvin Əzimov qətli törətdikdən sonra binanın pəncərəsindən tullanaraq qaçmaq. Bu zaman onun hər iki ayağı sınıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31