Fəhlələr şirkətdən 160 min manat oğurladı

Bakıda şirkətdən 160 min manat pul oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 10-a keçən gecə Nizami rayonunda yerləşən, Fransa vətəndaşı Lieve Van Sendenin rəhbəri olduğu "Azərsix" MMC-dən qapını sındırma yolu ilə içərisində 160 min manat olan seyf oğurlanıb.DİN BCAİ, Bakı Şəhər BPİ CAİ, Nizami RPİ CAŞ, NMB və 23-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin şirkətdə fəhlə işləyənlər - Gədəbəy rayon sakini Şamil Ələkbərov, Bakı şəhər sakinləri Vüsal Əlifov və Telman Mustafayev sentyabrın 10-da yaxalanıblar.Fakt üzrə araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31