Keçmiş məhkum yarım kilo narkotiklə tutuldu

Bakıda keçmiş məhkumdan yarım kiloqrama yaxın marixuana götürülüb. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ Narkotiklə Mübarizə Bölməsi, Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, 1970-ci il təvəllüdlü Tahir Səfərovdan 477,65 qram marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31