“Bakı Kristal Zalı”ndakı olayla bağlı rəsmi açıqlama

"Hadisə bütün təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq baş verib". Azərbaycanda keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsi üçün "Bakı Kristal Zalı"nda aparılan hazırlıqlar zamanı "Brainpool" şirkətinin səhnədə işləyən işçisi mayın 1-də xəsarət alıb. Bununla bağlı "Brainpool" şirkəti açıqlama yayıb. Lent.az-ın "eurovision.az" saytına istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilir ki, hadisə arenada böyük taxta parçaları düşən zaman baş verib. Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb və ona tibbi baxış keçirilib. Yaralının qohumları dərhal hadisə ilə bağlı məlumatlandırılıb və o, hazırda özünü yaxşı hiss edir. "Brainpool" şirkətinin rəhbəri Yorq Qraboş xəstənin tezliklə sağalması üçün çalışdıqlarını bildirib: "Hadisə araşdırıldı və belə nəticəyə gəlindi ki, bu, bütün təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq baş verib. Təhlükəsizlik bizim hər zaman əsas prioritetimiz olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31