Moskvada evində silah və marixuana saxlayan azərbaycanlı tutulub
27 Yanvar 2015 14:47 KriminalNarkotik maddələrin satışında şübhəli bilinən Azərbaycan vətəndaşından onun Moskvadakı mənzilində tapança-pulemyot və marixuana aşkar edilib. Trend xəbər verir ki, bu barədə "MK" saytına Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin paytaxt idarəsindən məlumat verilib. Məlumatda deyilir ki, Xidmətin əməkdaşları narkotik vasitələrin satışında şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıblar. Saxlanılan zaman onun yaşadığı mənzildən Çexoslavakiya istehsalı olan Sa-26 tapança-pulemyotu, üç tapanca darağı və 89 giliz, revolver, 30 giliz və marixuana aşkar edilib. Hazırda onun barəsində cinayət işi açılıb və haqqında həbs qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31