9000 nəfərin həbsi
26 Yanvar 2015 18:57 KriminalPakistanda xüsusi xidmət orqanları ən azı 9 min nəfəri həbs edib. Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həbs olunanlar terrorçuluqda şübhəli bilinirlər. Onlar arasında 3 mindən çox molla və mədrəsə müəllimi, eləcə də 3,5 min Əfqanıstan qaçqını var. Şübhəlilərin həbsi Pakistan xüsusi xidmət orqanlarının rəhbərləri və hərbçilər tərəfindən hazırlanmış Milli Fəaliyyət Planının bir hissəsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31