Bakıda dəhşət: qısqanc ər arvadının başını kəsdi
26 Yanvar 2015 18:06 KriminalBakıda qətl hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aşiq Qərib küçəsi 69 A ünvanında yerləşən binanın qarşısında qeydə alınıb. Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlham Elləz oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Nəriman qızı Süleymanovanın başını kəsərək qətlə yetirib. Hadisəni törədən İ. Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gələrək təslim olub. Polisdən qətl hadisəsi törədən şəxsin Bakı Metropolitenində elektrik-mexanik işlədiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31