Bakıda məktəbdə silahlı insident: şagirdi bıçaqla hədələdilər

Bakıda məktəbdə quldurluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 24-də Bakı şəhər sakini Elşən İsmayılov Xətai RPİ 35-ci PB-yə müraciət edərək, 221 saylı orta məktəbdə naməlum şəxsin onun oğlu Aydını bıçaqla hədələyib, 5 manatını almasını bildirib. 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Nurlan Musayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31