DİN maskalı şəxslərin evə basqını ilə bağlı məlumat yaydı
26 Yanvar 2015 14:29 KriminalDaxili İşlər Nazirliyi Masallı rayonunda maskalı şəxslərin evə basqını ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 24-də saat 03 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində İlqar Məmmədovun yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxs onu və arvadı Qərənfili tapança ilə hədələyərək küt alətlə xəsarət yetirib və oradan qızıl əşyalar aparıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31