Körpü qırılaraq çaya düşüb…

"OLAYLAR"  RTV-yə istnadən xəbər verir ki, Bakı-Quba -Rusiya federasiyası dövlət sərhəddi avtomobil yolunun 177-ci km-də Quruçay üzərində yerləşən körpü dağılıb. 2 aşırımlı 40 metr uzunluğu olan körpünün 20 metrdən çox hissəsi dayaq sütunları üzərindən qırılaraq çaya düşüb.Hadisə baş verən zaman körpünün üzərində avtomobil olmadığından xəsarət alan olmayıb. Ərazi dərhal Quba rayon 6 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb və tez bir zamanda alternativ yol çəkilərək avtomobillərin hərəkəti bərpa edilib. 6 Saylı Yİİ-nin rəisi Aydəmir Manafov RTV-yə bildirib ki, körpü istismar müddətini bitirdiyindən yararsız hala düşüb.Nəqliyyat qovşağı inşa olunan zaman maksimum 30 ton ağırlığlı yük avtomobillərinin hərəkətinə hesablanılıb.Amma buna baxmayaraq körpüdə 80-100 ton ağırlığında  yük avtomobilləri hərəkət edib ki, bu da dağılmaya gətirib çıxarıb. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31