Gömrükdən gizlədilən həb aşkar edildi

"Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşı Elşən Yusifovun idarə etdiyi "Lancia Thema" markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin salonunda üzərində "Rivotril Clonazepam 2 mg" yazılan 500 ədəd qabın hər birində 30 həb olan dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31