İran vətəndaşından psixatrop maddə götürülüb

Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşı Bonyadı Seyedalıya məxsus idman çantasına baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı çantanın yan tərəfindəki cibindən, sellofan torbada - gömrük nəzarətinə bəyan olunmayan 8 ədəd konvalyutda cəmi 76 ədəd həb olmaqla, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixatrop maddələr"in III Siyahısına daxil olan "Klonazepam" adlı dərman preparatı və üzərində "ddp/M20" nişanəsi olan, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxil olan 11 ədəd "Metadon" adlı həb aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31