Abşeronda “06” 2 piyada qızı vurub öldürdü
10 Sentyabr 2012 15:34 KriminalAbşeron rayonu ərazisində iki piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 8-də saat 19.30 radələrində baş verib. Xırdalan şəhər sakini Əbdürəhim Quliyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən Sumqayıt şəhər sakinləri Nərmin Rəsulovanı və Ayşən Abbasovanı vurub. Nəticədə N.Rəsulova hadisə yerində, xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Abbasova isə orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31