İrandan tiryək keçirmək cəhdinin qarşısı alınıb
23 Yanvar 2015 15:20 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Mehman İbrəhimovun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama nəticəsində ondan 6 ədəd bükümdə, ümumi xalis çəkisi 120,305 qram olan narkotik vasitə - tiryək aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31