Bakıda türkün maşınını qarət edən yaxalandı
10 Sentyabr 2012 15:33 KriminalBakıda Türkiya vətəndaşı qarət edilib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il may ayının 4-də Türkiyə vətəndaşı Oran Korkuta məxsus "Nissan" markalı avtomaşından 1 ədəd noutbuk və 1 ədəd fotoaparat oğurlamış Bakı şəhər sakini Azər İbrahimov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari il fevralın 2-də Mobil Şəmmədova məxsus "VAZ-2107" və Məsud Mahmudova məxsus "VAZ-21074" markalı avtomaşınlardan oğurluq etməsi də müəyyən edilib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31