İntiqam Əliyev məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Hüquq müdafiəçisinin vəkilləri vəsatətlə çıxış edib. Vəkillər İntiqam Əliyevin barəsində başlanan cinayət işinə xitam verilməsi, onun barəsində seçilən həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və digər vəsatətlərlə çıxış ediblər. Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə baxışı fevralın 3-nə təyin edilib.

Qeyd edək ki, İ. Əliyev keçən il avqustun 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31