Bakıda oğru Zita tutuldu
23 Yanvar 2015 14:27 KriminalOğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakinindən narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Lerik rayon sakini Vüsal Babayevin cibindən 47 manatını və sənədini oğurlamış şəxs tutulub. Bu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zita Zolotoryovadır. Tutularkən ondan 3,72 qram tiryək də götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31