DİN: Şirvanda qayınata gəlinini və özünü öldürdü
23 Yanvar 2015 13:38 KriminalŞirvanda gəlinini qətlə yetirmiş qaynatası özünə də xəsarət yetirərək ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 22-də Şirvan şəhərində yaşayan Sevinc Balakişiyevanın mənzilinə gəlmiş qayınatası Araz Kişiyev ona və özünə bıçaqla xəsarət yetirib. S.Məmmədova və A.Kişiyev hadisə yerində ölüblər. Faktla əlaqədar araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31