Qaynatası, qaynanası və qaynını bıçaqlayan şəxs tutuldu
22 Yanvar 2015 13:16 KriminalGəncədə qaynatası, qaynanası və qaynına bıçaqla xəsarət yetirmiş Gəncə şəhər sakini İntiqam Rəhimov tutulub. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata yanvarın 21-də Gəncə şəhərində yaşayan Fərail Abbasovun yaşadığı evə gəlmiş kürəkəni - şəhər sakini İntiqam Rəhimov münaqişə zəminində F.Abbasova, onun arvadı Xublara və oğlu Təbrizə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rəhimov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31