Ev dustaqlığına buraxılmış şəxsə 7 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinin Bakı şəhər sakini Natiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə N. TAğıyev barəsində seçilmiş ev dustaqlığı ləğv edilib və məhkəmə zalından həbs olunub. Məhkəmənin hökmü ilə 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, N.Tağıyev Bakıda bir neçə şəxsin etimadı qazanaraq, sui-istifadə edərək külli miqdarda pul dələduzluq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31