Dəhşət! 43 yaşlı kişi 5 ailə üzvünü və özünü güllələyib öldürdü

Bu gün səhər saatlarında baş verən dəhşətli hadisə bütün ölkəni şoka salıb. "OLAYLAR"ın məlumatına görə, hadisə Xakasiyada baş verib. 44 yaşlı kişi ailəsinin 5 üzvünü güllələyərək qətlə yetirib. "OLAYLAR"ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, həyat yoldaşını, 4 və 9 yaşlı iki aşyaşlı uşağını, qayınatası və qayınanasını güllələyən ailə başçısı daha sonra özünü də güllələyib. Məliumata görə, ailə üzvlərini güllələyəndən sonra kişi hasardan qonşusunun həyətinə torbada 5 min dollar və 40 min rubl atıb. Qatil ailə başçısı həmin pulları qonşusunun götürüb onları dəfn etməsi üçün həyətə atıb. Daha sonra isə azyaşlı övladlarının meyidinin yanına gəlib baş nayihəsindən atəş açıb özünü öldürüb. Faktla bağlı cinayət işi başlansa da, hələlik hadisənin səbəbi məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31