Bakıda əcnəbi vətəndaşlarla yerli sakinlər arasında bıçaqlaşma, yaralılar var
21 Yanvar 2015 16:38 KriminalBakıda xarici ölkə vətəndaşı ilə yerli sakinlər arasında bıçaqlaşma olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, yanvarın 16-da Ramana qəsəbəsindən qəsəbə sakinləri Saleh Məmmədovun və İbrahim Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmələri barədə verilmiş məlumatla əlaqədar Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə S.Məmmədova xəsarətin Özbəkistan vətəndaşı Tahir Əliyev tərəfindən, İ.Əliyevə isə xəsarətin S.Məmmədov tərəfindən yetirilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əliyev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31