Narkotik alverçisinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində ittiham olunan Elbrus Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elbrus Abbasov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elbrus Abbasov Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddələri ilə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31