Sərnişini ölən sürücü məhkəmə qarşısında
19 Yanvar 2015 17:31 KriminalBakı Ağır Cinayətlər ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Əlixan Səfərovun cinayət işi üzrə məhkəmə başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirlib. Məhkəmənin baxış iclası yanvarın 26-a təyin edilib.
İttihama görə, ağır yol-nəqliyyat hadisəsi keçən il iyul ayının 10-da Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. 90-SK-925 dövlət nişanlı "Volksvaqen" markalı avtomobil manevr edərkən aşıb. Hadisə nəticəsində sürücü 1983-cü il təvəllüdlü Əlixan Səfərov, sərnişinlər- Rasim Əliyev, Mayisə Şirəliyeva, Əsgər Məhərrəmov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan Əsgər Məhərrəmovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar zamanı avtomobili idarə edən Əlixan Səfərovun sürücülük vəsiqəsi olmadığı məlum olub.
Əlixan Səfərova Cinayət Məcəlləsinin 263.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)-ci maddəsi ilə cinayət işi açılıb.