Bakıda çay evində qanunsuz qumarxana aşkar edilib
19 Yanvar 2015 13:53 KriminalBakı şəhər sakininin çay evində qanunsuz qumarxana təşkil etməsi müəyyən edilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Xəlilovun Məhəmməd Hadi küçəsində yerləşən çay evində qanunsuz qumarxana təşkil etməsi müəyyən edilib. Ora baxış zamanı 2 ədəd noutbuk və 12 ədəd prosessor aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31