Bakı sakininin evindən qumbara və partlayıcı qurğu tapılıb
19 Yanvar 2015 13:52 KriminalBakı şəhər sakininin evindən 1 ədəd qumbara və 1 ədəd fitili ilə birgə partlayıcı qurğu aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elçin Cəfərovun evindən 1 ədəd qumbara və 1 ədəd fitili ilə birgə partlayıcı qurğu aşkar edilərək götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31