Tuvada sərxoş ata övladlarını bıçaqlayıb. Lent.az-ın məlumatına görə, spirtli içkinin təsiri altında olan 32 yaşlı kişi uşaqlar yatmağa gedərkən onların arxasıyla otağa girib və azyaşlılara bıçaqla çoxsaylı zərbələr vurub. Hadisəni törədən şəxs daha sonra evdən qaçıb. Hazırda polis 8 yaşlı qızını və 3 yaşlı oğlunu öldürən kişini axtarır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31