Gəncəli narkobaron yaxalandı, 3 kilodan artıq marixuana ilə
16 Yanvar 2015 16:42 KriminalDaxili İşlər Nazirliyinin əməkdaşları daha bir narkotika alverçisini yaxalayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Qabil Məmmədovdan 3 kiloqram 120 qram marixuana götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31