Dövlətə xəyanətdə təqsirləndirilən vəzifəli şəxsdən yeni xəbər

Həbsdə olan sektor müdiri özünü təqsirli bilmir

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafayevlə görüşüblər. Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, E. Mustafayev ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub: "O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Lakin özünü təqsirli bilmir".   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31