Ağdaş sakini silah üçün sursat satarkən tutulub
15 Yanvar 2015 14:47 KriminalAğdaş şəhər sakini tapança üçün patronlar satarkən tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fəqan Nəsirov "Makarov" markalı tapançaya aid 35 ədəd patronu satarkən tutulub. Faktla əlaqədar araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31