Bakıda quş oğrusu ələ keçdi
15 Yanvar 2015 13:42 KriminalBakıda göyərçin oğrusu saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 13-də Ziyad İsmayılovun həyətindən 50 göyərçin və 5 ev quşunu oğurlanıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nail Haqverdiyev tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31