Bakıda ağır qəza: ölən var
15 Yanvar 2015 13:36 KriminalBakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 14-də saat 07 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini Samir Cavadov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən paytaxt sakini Rəfayıl Babayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada da ölüb. Faktla bağlı araşdrıma aparılır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31